“Hərbçilərin Zəngəzurda geri çəkilməsi barədə qərar hərbi əməliyyatın başlanmasının qarşısını almaq üçün qəbul edilib. Geri çəkilmək əmrini mən vermişəm”.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarına cavab verərəkən bəyan edib.
Paşinyan bildirib ki, bu barədə əmr müvafiq prosedurlar əsasında verilib: “Müzakirə aparılıb. Təhlükəsizlik Şurasının iclası olmayıb, amma Şuranın bütün üzvləri, Zəngəzur vilayətinin qubernatoru, xarici işlər naziri bu müzakirələrdə iştirak edib”.
Baş nazir deyib ki, müzakirələr hökumət binasında keçirilib və qərar qəbul edilib: “ Biz yeni müharibənin başlanmasından qaçmağa çalışdıq. Əgər bu qərar qəbul olunmasaydı hərbi əməliyyatlar yeni qüvvə ilə başlayacaqdı. Bax o zaman, Zəngəzurda bizim ciddi problemlərimiz yaranacaqdı. Odur ki, geri çəkilməyə məcbur olduq”-deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, qərar danışıqlar prosesinin yekunlarına müvafiq olaraq qəbul edilib.