Zəngəzurun Şurnux kəndi Azərbaycanın nəzarətinə keçib:“Hər şey bitdi, kənddə post qoyulub”

Zəngəzurun ( Sünik) vilayətinin Şurnux kəndi Azərbaycanın nəzarətinə keçib.

Azpost.info bildirir ki, bu barədə Şurnux kəndinin rəhbəri Akop Arşakyan bəyan edib. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri artıq kənddə post qoyublar: “Hər şey bitdi. Azərbaycanlılar kəndi nəzarətə götürdü. Kənddə artıq post qoyulub. Bizə kəndi tərk etmək üçün yanvarın 5-nə qədər vaxt verilib. Bu vaxtdan sonra Şurnuxda heç kim qalmamalıdır”-deyə Arşakyan açıqlamasında bildirib.

Qeyd edək ki, dekbarın 24-dən Sünik vilayətinin Şurnux kəndinin delimitasiyası aparılır. Ermənilər kəndin onlara məxsus olduğunu idda etsələr də, xəritəyə əsasən bu kəndin Azərbaycan ərazisi olduğu qeyd edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir