2022-ci ildə ölkələrini tərk edən milyonçular əsasən Birləşmiş Ərəb Əmirliklərinə, Avstraliyaya, Sinqapura, İsveçrəyə və ABŞ-a gediblər.
Azpost.info info xəbər verir ki, bunu Britaniyanın “Henley & Partners” konsaltinq şirkətinin hesabatı ortaya qoyub.
Ekspertlərin hesablamalarına görə, BƏƏ-yə 5,2 min, Avstraliyaya 3,8 min, Sinqapura 2,9 min, İsveçrəyə 2,2 min və ABŞ-a 1,5 min milyonçu üz tutub.
Azpost.info