“Zəlzələyə davamlı” adı ilə baha satılmış bina bir neçə saniyəyə dağıldı –FOTO/VİDEO

Türkiyədə dəhşətli zəlzələdən ən çox ziyan çəkən məkanların siyahısında Malatya gəlir.

Azpost.info bildirir ki, bu ana qədər Malatyada 300 bina dağılıb, 106 nəfər həlak olub, 941 nəfər yaralanıb.

Bir çox binaların yerlə-yeksan olduğu bölgədə ötən il tikilib istifadəyə verilmiş “Assur Residences” adlı çoxmərtəbəli bina kompleksinin dağılmasının videogörünütüləri yayılıb.

Bu binada mənzillər çox baha qiymətə satılmışdı. Tikinti şirkəti müştərilərə çoxmərtəbəli binanın zəlzələyə davamlı olduğunu bəyan etmişdi. Bina saniyələrin içində dağılıb.

Azpost.info

 

 

Əvvəlki məqalə

Zəlzələ Türkiyənin nüvə və radiasiya təhlükəsizliyinə təsir etməyib

Sonrakı məqalə

Salman Rüşdi sui-qəsddən sonra ilk dəfə şəklini paylaşıb