Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Zəngəzur” qambiti –

User 08 Avqust 2025 - 14:50 (Last updated: 08 Avqust 2025 - 14:50)
tramp ilham pasinyan esas
Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) Tramp administrasiyası tərəfindən kommersiya layihəsi kimi təqdim olunsa da, burada geosiyasi kontekstin olması şübhəsizdir. Bu layihənin gerçəkləşməsi ilk növbədə Rusiyanın regional maraqlarına böyük zərbə vuracaq.
Rusiyanın Cənubi Qafqaza yerləşməyə başlamasının tarixini 1783-cü ildə Gürcüstan (Kartli-Kaxeti) çarlığı ilə bağlanmış Georgiyevsk traktatından hesablasaq, 240 il sonra imperiyanın bölgədən çıxarılmaq təhlükəsi ilə üzləşdiyini söyləyə bilərik.
Prosesin ikinci zərərçəkəni İran olacaq. Azərbaycan və Türkiyənin nəzarətində olacaq Zəngəzur dəhlizi ideyasının gerçəkləşməməsini İran rejimi bəlkə özü üçün təsəlli saya bilər, amma Tramp (başqa sözlə, ABŞ) marşrutu da qəti şəkildə İranın marağına uyğun deyil. Düzdür, ABŞ-ın regionda hərbi mövcudiyyətindən söhbət getmir, lakin onun Ermənistan-İran sərhəd zolağında mövqelənməsi İranın çox önəm verdiyi Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu ilə Avropaya çıxışının faktiki olaraq ABŞ-ın nəzarətinə keçməsi deməkdir.
Digər regional güc Türkiyəyə gəldikdə isə Tramp marşrutu Ankaranın Azərbaycan və Orta Asiya – yəni türk dünyası ilə birbaşa əlaqəsini təmin etmək baxmından çox vacib, tarixi əhəmiyyətli olsa da, bu əlaqənin ABŞ-ın iradəsindən asılılığının Türkiyə siyasi dairələri və ictimaiyyətində məmnunluq yaratmayacağı aydındır. Yəqin ki, yaxın günlərdə Türkiyə daxilində bu məsələ ilə bağlı hökumətə ünvananmış tənqidləri eşidəcəyik.
Yəni ABŞ bir gedişlə 2 regional gücü oyundankənar vəziyyətə salaraq müttəfiqi olan digərinə isə “yalnız mənim iradəm və maraqlarım çərçivəsində hərəkət sərbəstliyi əldə edə bilərsən” mesajını vermiş olur.
Başqa bir önəmli məqam da budur ki, əgər Çinin Orta Dəhlizdə Zəngəzurdan istifadə etmək niyyəti var idisə, bu da ABŞ-ın nəzarətinə keçir. (ABŞ-ın Çinin ixrac marşrutlarında çeşidli problemlər yaratmaq, yaxud bu marşrutları nəzarətə götürmək siyasəti çoxdan məlumdur).
Prosesin əsas benefisiarları kimi (müəyyən istisnalarla) dünənki düşmənlər – Azərbaycan və Ermənistanı qeyd etmək olar. Azərbaycan əsas tələbi olan Naxçıvan (və Türkiyə) ilə maneəsiz əlaqəni əldə etmiş olur. Hələ detallar məlum olmadığına görə birmənalı fikir söyləmək çətindir, amma belə görünür ki, Zəngəzurda Ermənistanın sərhəd-gömrük orqanları dayanmayacaq, ermənilər bizim avtomobilləri və yükləri yoxlamayacaq, sənədlərimizə möhür vurmayacaq. Marşrutu işlədəcək operatorların konkret vəzifələri və funksiyaları isə işçi qrupların çalışmaları nəticəsində müəyyən olunacaq.
Bununla yanaşı, onu da xatırlatmaq lazımdır ki, Azərbaycanın Zəngəzur dəhlizinin ABŞ-ın (Qərbin) nəzarətinə verilməsi barədə indiyə qədər hər hansı istəyi və tələbi olmayıb. Əksinə, Azərbaycan son aylara qədər Ermənistandan 10 noyabr Bəyanatının icrasını tələb edirdi. Bəyanatın 9-cu maddəsinə əsasən “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Lakin Trampın hakimiyyətə gəlməsi və Azərbaycan-Rusiya münasibətlərində yaranan problemlər Bakını öz xarici siyasətində paradiqma dəyişikliyinə sövq etdi. Bakıda Trampa duyulan güvən Azərbaycan tərəfinin Zəngəzur nəqliyyat kommunikasiyası üzərində ABŞ nəzarətinə “hə” deməsini şərtləndirdi. (Demokratlar hakimiyyətədə qalsa, yəqin ki, bu olmayacaqdı). Azərbaycanın mövqeyi 10 noyabr Bəyanatını və Rusiya patronajlığındakı üçtərəfli formatı gündəmdən çıxartdı. (Bunun daimi, yoxsa müvəqqəti olduğunu gərəcəyik).
Ermənistana gəldikdə isə Paşinyanın əvvəlki bəyanatlarının əksinə olaraq, böyük ehtimalla Zəngəzurda onun sərhəd-gömrük orqanları fəaliyyət göstərməyəcək. Lakin kommunikasiyanın Ermənistanın yurisdiksiyasında və ABŞ-ın nəzarətində olması Paşinyan üçün rahatladıcı amildir. Bu, Ermənistana birbaşa olmasa da, dolayı və qeyri-rəsmi təhlükəsizlik təminatı yaradır, çünki ABŞ şirkətləri uzunmüddətli əsasda Ermənistanda fəaliyyət göstərəcək, şirkətlərin maraqları isə ABŞ dövləti tərəfindən daim dəstəklənəcək. Şirkətlər Ermənistan ərazisində çalışacaqları üçün yəqin ki, bu ölkə büdcəsinə vergi də ödəyəcək. ABŞ və Ermənistanın birgə hərbi təlimlərə başlaması da diqqətəlayiq hadisədir, Ağ Evdə demokratlar otursa, Bakı yəqin ki, bu hadisəni özünə təhdid kimi qiymətləndirəcəkdi.
Yekunda hər kəsi maraqlandıran sual: Rusiyanın bu prosesi pozmaq imkanı və şansı varmı?
Belə bir ehtimal var. Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkiləri bütün regionun gələcəyi baxımından kritik əhəmiyyətə malikdir. Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası sorğularda hələ də 1-ci olsa da, əvvəlki yüksək reytinqlərini itirib. Parlament seçkilərinin nəticələri əsasında qanunverici orqanda Gümrü bələdiyyəsindəkinə bənzər tablonun ortaya çıxması mümkün ehtimaldır. Əlində böyük maliyyə imkanları olan həbsdəki Samvel Karapetyanın partiya aratmağa başlaması da təsadüf deyil və rusiyayönümlü revanş planlarının tərkib hissəsidir. Ümid edək ki, Paşinyan qarşıdakı sınaqdan uğurla çıxa biləcək, bu məsələdə Azərbaycanın və ABŞ-ın (Qərbin) maraqları üst-üstə düşür.
Şahin CƏFƏRLİ
Politoloq

AzPost.az

Post navigation

Previous: Tramp Ukrayna ilə bağlı Putinə hansı güzəşəti edə bilər?
Next: Mineral sularla bağlı sanitar normaları təsdiq olunub –

Oxşar xəbərlər

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37

xƏBƏR

rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Rusiya və Ukrayna nümayəndə heyətləri 10-11 noyabr tarixlərində ABŞ-nin vasitəçiliyi ilə münaqişənin həlli üzrə danışıqların yeni mərhələsinin...
Read more about Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.