Zahid Oruc ölkədə pensiya yaşının artırılmasını düzgün saymır

11 Noyabr 2021 - 12:51

“1990-cı illərdə pensiyaçılar əhalinin 8,8 faizini təşkil edirdi, indi isə bu göstərici daha aşağıdır”.

Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, dünya ölkələrində bu baxımdan orta göstərici 20 faizdir: “Biz pensiya yaşını artırmışıq, bu sahədə balans müəyyən qədər pozulub”. (APA)