Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü –

FOTO
28 Sentyabr 2021 - 17:24

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Mıəlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.
Qeyd olunub ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.