Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Zakir Həsənov hərbi komandan və birləşmə komandirləri ilə müşavirə keçirdi –

User 13 Avqust 2022 - 11:32 (Last updated: 21 May 2025 - 20:15)
zakir

Avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Nazirlikdən verilən xəbərə görə, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri, həmçinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması ilə bağlı tələb və tapşırıqlarını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən keçirilən “Qisas” cavab əməliyyatı təhlil edilib. General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı göstərişlər verib.

Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Müdafiə naziri bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların gündəlik xidməti-döyüş fəaliyyətinin, eləcə də keçirilən təlimlərin keyfiyyətinin və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsini tapşırıb.

Qoşunlarda aparılan qışa hazırlıq işləri ilə əlaqədar məsul şəxslərin məruzələrini dinləyən general-polkovnik Z.Həsənov dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə xüsusi diqqət yetirilməsini, o cümlədən döyüş texnikasının və silahların mövsümə uyğun istismara hazırlanmasının yüksək səviyyədə təşkil olunması barədə müvafiq göstərişlər verib.

Şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. İnformasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib. Nazir nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.

Müşavirənin sonunda gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını vurğulayan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sağlamlığının qorunması, qoşun xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsinin vacibliyini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb və qarşıda duran bütün tapşırıqların operativ həll edilməsini əmr edib.

Post navigation

Previous: Azərbaycanda xarici jurnalistlərin akkreditasiyasından bu hallarda imtina olunacaq
Next: Ölkəmizin 717 kiloqram hazır gümüş ehtiyatı var

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Qobustanın qayaları min illər əvvəl burada yaşayan insanların həyatından, ov üsullarından və dünyagörüşündən xəbər verir. Böyükdaş dağındakı...
Read more about Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
Neftimizin qiyməti 127 dollara yaxınlaşır neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.