Zakir Qaralov:“İslahatlar hüquq sistemində yeni mərhələni başladıb”

Son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Bunu Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov oktyabrın 4-də Bakıda keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafına, bu sahədə yeni mərhələnin başlanmasına şərait yaratdığını vurğulayan Baş prokuror bildirib: “Həyata keçirilən mütərəqqi islahatlar vəkillik institutunun öz fəaliyyətini müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil etməsinə, vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərməsinə şərait yaradıb. Vətəndaşların hüquqlarının etibarlı müdafiəsi üçün dövlət qayğısına ehtiyacı olan, sosial cəhətdən əhalinin həssas qrupuna, aztəminatlı ailələrə və digər şəxslərə Vəkillər Kollegiyası tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi dövlətin sosialyönümlü siyasətinin həyata keçirilməsinə də dəstək verir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin yeni “ATƏT” yaratmağı təklif edib –

Sonrakı məqalə

“Fitch Ratings” nəticələri açıqladı-