Zaqatalada məktəbli uşaq itkin düşüb –

FOTO
11 Fevral 2020 - 11:18

Zaqatalada 10-cu sinif şagirdi itkin düşüb.

Rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü İmran İlqar oğlu Qardaşov fevralın 2-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

İ. Qardaşov evdən çıxan zaman əynində göy rəngli cins şalvar, mavi rəngli qış gödəkçəsi və idman ayaqqabısı olub. 

Qeyd edək ki, İ. Qardaşov Mazıx kənd orta məktəbinin 10-cu sinif şagirdidir.