Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda rusiyalı jurnalistin suallarını cavablandırmaqdan imtina edib.
Məsələ ilə bağlı görüntüləri jurnalist və “Rossiya” telekanalının Nyu Yorkdakı bürosunun rəhbəri Valentin Boqdanov “Telegram” kanalında yayımlayıb.
“Rusiya ilə niyə danışıqlar aparmaq istəmirsiniz? İzah edin, ünsiyyətdə və ya zəngdə problem nədir?”, – jurnalist soruşub.
Lakin Zelenskinin mühafizəçiləri onu uzaqlaşdırıb.