ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna müharibəsinin deeskalasiyası və Moskva ilə diplomatik münasibətlərin bərpası istiqamətində üç təxirəsalınmaz addımın atılmasını təklif edir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-ın təklif etdiyi addımlar enerji infrastrukturuna zərbələrin dayandırılması, Qara dənizdə “taxıl dəhlizi”nin fəaliyyətinin bərpası və ehtimal ki, Əbu-Dabidə ABŞ-Ukrayna-Rusiya arasında üçtərəfli görüşün keçirilməsidir.
Zelenski bildirib ki, enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması təklifi ABŞ tərəfindən irəli sürülüb və Ukrayna buna razılaşmağa hazırdır.
Ukrayna Prezidenti qeyd edib ki, ABŞ üçtərəfli görüşün keçirilməsi imkanını da müzakirə edir.
Onun sözlərinə görə, görüş üçün mümkün məkan kimi Əbu-Dabi təklif olunub.