Zelenski ABŞ Konqresində çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 21-də ABŞ Konqresində senatorlar qarşısında çıxış edəcək.

Bu barədə CNN Konqres aparatının nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, Zelenskinin 2022-ci ilin dekabrında olduğu kimi hər iki palatanın birgə iclasında çıxışı planlaşdırılmır.

Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Zelenskinin Vaşinqtona səfəri zamanı Konqres nümayəndələri ilə görüşəcəyini bildirsə də, görüşün hansı formatda keçiriləcəyini açıqlamamışdı.

Əvvəlki məqalə

“Yüklərin Ağdam və Laçın yolu ilə eyni vaxtda daşınmasını alqışlayırıq” –

Sonrakı məqalə

Qırmızı Xaç Komitəsinin yük maşınları Ağdam yolu ilə Xankəndinə getdi –