Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzalayıb.
Azpost.info xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib. “Tarixi sənəd. Ukrayna prezidenti tərəfindən fevralın 28-də imzalanmış Avropa İttifaqına üzvlük ərizəsi”, – o yazıb. “Sənədlər Brüsselə gedir! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm! İndi tarix yazılır!”, – Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Andrey Sibiqa bildirib.
Azpost.info