Zelenski Avropa Parlamentində çıxış etdi –

zelenski avropa

Ukrayna prezidenti Vladimir Zelenski Avropa Parlamentində çıxış edib.

Azpost.info xəbər verir ki, avropalı deputatlar Zelenskinin çıxışını ayaqüstə alqışlarla qarşılayıblar. “Son günlər hamını necə salamlayacağımı bilmirəm. “Sabahınız xeyir” deyə bilmirəm. Həyatları bahasına azadlığı müdafiə edən vətəndaşlardan danışıram… Burada gördüyüm əhval-ruhiyyəyə sevinirəm. Şadam ki, hamınızı birləşdirdik. Amma nəyin bahasına? Bu faciədir, bu çox yüksək hesabdır. Çox yüksək, minlərlə ölü var…”, – Zelenski deyib.

“Avropa İttifaqı bizimlə daha güclü olacaq!”

O, Ukrayna vətəndaşlarının hazırda həm azadlıq, həm də Avropanın bərabərhüquqlu üzü olmaq uğrunda mübarizə apardığını bildirib: “Hər meydan Azadlıq Meydanı olacaq. Bizi heç kim sındırmayacaq. Arzumuz övladlarımızın yaşamasıdır. Dünən 16 uşaq öldü. Və Putin yenə deyəcək ki, bu, əməliyyatdır. Hörmətli iştirakçılar, biz hüquqlarımız, azadlığımız və həyatımız üçün mübarizə aparırıq. Və bu, bizim əsas motivasiyamızdır. Lakin biz eyni zamanda Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. İnanıram ki, hamıya özümüz olduğumuzu göstəririk. Avropa İttifaqı bizimlə daha güclü olacaq. Bizimlə olduğunuzu, bizi buraxmadığınızı sübut edin! Həqiqətən avropalı olduğunuzu sübut edin! O zaman həyat ölümə, işıq qaranlığa qalib gələcək. Yaşasın, Ukrayna!”, – deyə Ukrayna prezidenti çıxışını bitirib.

“Ukraynanın Avropa perspektivini tanıyırıq”

Parlamentin sədri Roberta Metsola bildirib ki, rəhbərlik etdiyi qurum Ukraynanın Avropa perspektivini tanıyır. “Cənab prezident, biz Ukraynanın namizəd statusu ilə bağlı müraciətini alqışlayırıq və bu məqsədə nail olmaq üçün çalışacağıq. Biz gələcəyə birlikdə baxmalıyıq. Avropa Parlamenti tariximizin bu qaranlıq məqamında yaşamaq uğrunda mübarizənizdə sizi dəstəkləyir. Bizə baxdığınız zaman bir müttəfiq, Avropa və dünya ilə danışmaq üçün bir məkan və həmişə bir dost tapacaqsınız”, – Metsola deyib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir