Ukrayna prezidenti Vladimir Zelenski Avropadan hərbi yaşda olan ukraynalıları deportasiya etməyi xahiş edib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Asia Times” yazıb.
Nəşr qeyd edir ki, belə bir tələb Ukrayna Silahlı Qüvvələrinin ağır itkiləri fonunda irəli sürülüb.
Polşanın “Rzeczpospolita” nəşri isə Varşavanın hərbi yaşda olan kişiləri Kiyevə təhvil verməyə başladığını yazıb. Polşa Sərhəd Xidmətinin Baş İdarəsi qeyd edib ki, son vaxtlar ölkəyə 3 milyona yaxın Ukrayna vətəndaşı daxil olub.
Azpost.info