Zelenski azərbaycanlı hərbçini medalla təltif etdi –Döyüş şücaətinə görə (FƏRMAN)

Ukrayna prezidenti Vladimir Zelenski azərbaycanlı hərbçi Vitali Maşallah oğlu Əmirşahovu döyüşdə göstərdiyi şücaətə görə təltif edib.

Azpost.info bildirir ki, Ukrayna prezidenti bu barədə fərman imzalayıb.

Fərmanda deyilir ki, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaətə və fədakarlığa görə çavuş Vitali Maşallah oğlu Əmirşahov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif olunur.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Qazaxıstanla sərhəddə səfərbərlik məntəqəsi quracaq

Sonrakı məqalə

AMEA-nın strukturlarının ləğvi ilə bağlı əməkdaşlara xəbərdarlıq edilib –