Ukrayna Prezidenti Vladimir Zelenski Baş prokuror İrina Venediktovanı və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu vəzifələrindən azad edib.
Bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.
Zelenski bildirib ki, indiyədək prokurorluq və digər hüquq-mühafizə orqanları işçilərinə qarşı vətənə xəyanət və kollaborasionizm maddəsi ilə 651 cinayət işi açılıb. Cinayətlərin çoxluğu təhlükəsizlik orqanlarının rəhbərləri üçün ciddi suallar doğurur.