Zelenski Baydenə dönüş nöqtəsində olduqlarını deyib
Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə danışdıqlarını açıqlayıb.
Azpost.info bildirir ki, Zelenski bu barədə müharibənin 35-ci gününün yekunlarına dair videomüraciətində bildirib.
“ABŞ prezidenti Baydenlə danışdım. Çox təfərrüatlı keçən söhbət bir saat davam etdi. Mən ABŞ-a 1 milyard dollarlıq yeni humanitar yardım paket və əlavə 500 milyon dollar birbaşa büdcə dəstəyə görə, təşəkkür etdim. Qeyd etdim ki, indi dönüş nöqtəsidir. Mən prezident Baydenə Ukrayna üçün nəyin vacib olduğunu söylədim”.
“Bizim üçün ABŞ-ın dəstəyi prinsipial məsələdir. indi Ukrayna ilə çiyin-çiyinə vermək, demokratik dünyanın bütün gücünü göstərmək xüsusilə vacibdir. Əgər biz həqiqətən birlikdə azadlıq və demokratiyanın müdafiəsi üçün ayağa qalxırıqsa, o zaman bu çətin dönüş nöqtəsində kömək tələb etmək hüququmuz var.Tanklar, təyyarələr, artilleriya sistemləri ”, – deyə Zelenski bildirib.
