Ukrayna rusiyalı oliqarxın danışıqlarda rolunu açıqlayıb

abramovic

 Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamyia rusiyalı iş adamı Roman Abramoviçin rolunun nədən ibarət olduğunu açıqlayıb.

Azpost.info bildirir ki, o, bu barədə sutka boyu davam edən telemarafonun efirində danışıb.

Araxamiyanın sözlərinə görə, oliqarx əlavə kommunikasiya kanalı rolunu oynayıb.

Deputatdan Roman Abramoviçin Rusiya-Ukrayna danışıqlarında hansı rol oynadığını soruşduqda o, “müsbət” deyə cavab verib.

Araxamiya qeyd edib ki, iş adamı əvvəlcə əlavə kommunikasiya kanalı rolunu oynayıb, lakin Qərb KİV-ləri onu üzə çıxardıb.

“Abramoviç diplomatik deyil, normal insan dilində müzakirə aparmağa kömək edən qeyri-rəsmi ünsiyyət kanalıdır. Mətbuat sayəsində bu kanal məşhurlaşdı. O, neytral tərəf olmağa çalışır”- deyə deputat vurğulayıb.

Azpost.info