“Zelenski bin Laden kimi xalqı girova çevirib”- Volodindən əcaib bənzətmə

Rusiya Dumasının sədri VyaçeslavVolodin Ukrayna prezidenti Vladimir Zelenskinin beynəlxalq terrorçularla eyni mövqedə dayandığını bildirib.

Azpost.info xəbər verir ki, o, bu barədə özünün “Teleqram” kanalında yazıb.

“Ukrayna prezidenti hücumlara göstəriş verməklə Üsamə bin Laden və digər beynəlxalq terrorçularla eyni mövqe tutdu”, – Volodin qeyd edib.

Onun sözlərinə görə, Zelenskinin hərəkətlərindən Ukrayna xalqı əziyyət çəkir: “Ukrayna xalqı faktiki olaraq onun nasist siyasətinin girovuna çevrilib”.

Volodin buna misal olaraq Zaporojye və Kursk atom elektrik stansiyalarının atəşə tutulmasını, Ukrayna və Rusiyada ictimai xadimlərin qətlə yetirilməsini, Krım körpüsündə törədilən təxribatı göstərib.

Azpost.info

Əvvəlki məqalə

“Qurultay üçün ayrılan pul hesaba keçməyib, kredit götürməli olduq” –

Sonrakı məqalə

Bakı şəhər Baş Polis İdarəsinin sabiq idarə rəisi avtoqəzada öldü