Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak edəcək.
Bu barədə ABŞ-nin NBC telekanalı məlumat yayıb.
Bildirilib ki, Vladimir Zelenski səfər çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
Görüşün Nyu-Yorkda və ya Ağ Evdə keçiriləcəyi hələki məlum deyil.
Qeyd edək ki, Zelenski sonuncu dəfə Co Baydenlə bu ilin iyulunda NATO-nun Vilnüs sammiti çərçivəsində, Litvada görüşüb.