Zelenski ilə Putin arasında görüşlə bağlı razılıq əldə olunub –Britaniya Baş naziri

Starmer
Starmer

Britaniyanın Baş naziri Starmer Prezidentlər Zelenski ilə Trampın görüşündə  əldə olunmuş iki əsas nəticəni qeyd edib.

Birincisi, Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində “istəklər koalisiyası” indi ABŞ-la işləyəcək.

İkincisi, Zelenski ilə Putin arasında Trampın iştirak edəcəyi görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub.

“Bu, istər ərazi, istərsə də məhbus mübadiləsi kimi bəzi məsələlərdə Ukraynanın danışıqlar masası arxasında olması prinsipinin etirafıdır”, – Starmer qeyd edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.