“Zelenski kompromisə getmək istəmir”- LAVROV

“Ukrayna prezidenti Vladimir Zelenski kompromisə getmək istəmir”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ukrayna lideri güzəştə getməyə meylli olmadığını ABŞ-a səfəri zamanı da nümayiş etdirib: “Zelenski ABŞ-da səfərdə olanda bildirdi ki, ədalətli dünya heç bir güzəştə getməmək deməkdir. İndi onun sahibləri məhz bunu rəhbər tuturlar: güzəşt yoxdur, biz öz iradəmizi diktə edəcəyik”.

Lavrov qeyd edib ki, bununla da Rusiyaya strateji məğlubiyyət yaşatmaq istəyirlər: “Dünyanın bir çox ölkəsində bunu açıq şəkildə görür və başa düşürlər”.

Azpost.info

Əvvəlki məqalə

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan ekstradisiya edilib

Sonrakı məqalə

“Bu, seçki yox, iclas idi…”