“Zelenski kompromisə getmək istəmir”

lavrov

“Ukrayna prezidenti Vladimir Zelenski kompromisə getmək istəmir”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ukrayna lideri güzəştə getməyə meylli olmadığını ABŞ-a səfəri zamanı da nümayiş etdirib: “Zelenski ABŞ-da səfərdə olanda bildirdi ki, ədalətli dünya heç bir güzəştə getməmək deməkdir. İndi onun sahibləri məhz bunu rəhbər tuturlar: güzəşt yoxdur, biz öz iradəmizi diktə edəcəyik”.

Lavrov qeyd edib ki, bununla da Rusiyaya strateji məğlubiyyət yaşatmaq istəyirlər: “Dünyanın bir çox ölkəsində bunu açıq şəkildə görür və başa düşürlər”.

Azpost.info