Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Zelenski Kremlə meydan oxudu –

User 24 Avqust 2025 - 13:45 (Last updated: 24 Avqust 2025 - 13:20)
zelenski02

Ukraynaya ədalətli sülh lazımdır və Rusiyaya güzəştə getməyəcək. Ölkənin gələcəyinin necə olacağına yalnız ukraynalılar qərar verə bilərlər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü ilə bağlı müraciətində bildirib.

Müraciəti Kiyevin mərkəzindən – “Müstəqillik” meydanından edən Zelenski Ukrayna şəhərlərinə, xüsusən də Donetsk, Luqansk, Krıma olan məsafələrin yazıldığı “Sıfır Kilometr”ə də diqqət çəkib.

“Bu gün bu işarələr tamamilə fərqli məna daşıyır. Onlar artıq, sadəcə, kilometrlərlə deyil. Onlar xatırladırlar ki, bütün bu ərazilər Ukraynadır. Bizim xalqımız oradadır və aramızdakı heç bir məsafə, heç bir müvəqqəti işğal bunu dəyişməyəcək. Bir gün ukraynalılar arasındakı bu məsafə aradan qalxacaq və biz yenidən bir ailə, bir ölkə kimi birlikdə olacağıq”, – deyə Zelenski əlavə edib.

Prezident əsgərlərə, könüllülərə, həkimlərə, xilasedicilərə, müəllimlərə, gənclərə və digər ukraynalılara təşəkkürünü bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna dəyişib – o, artıq xoşməramlı jestlər gözləmir, öz iradəsinə malikdir.

“Belə Ukrayna tarixdə bir daha heç vaxt rusların “kompromis” adlandırdıqları biabırçılığa məcbur edilməyəcək. Bizə ədalətli dünya lazımdır. Gələcəyimiz necə olacaq, yalnız biz qərar verə bilərik. Bunu dünya bilir. Dünya buna hörmət edir, Ukraynaya hörmət edir, Ukraynanı bərabər dövlət kimi qəbul edir”, – deyə Prezident qeyd edib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna bir gündə dünya liderlərini öz ətrafında toplayıb birləşdirə, Avropa və ABŞ-ın birliyini bərpa edə və bu birliyin əsasına çevrilə bilər.

AzPost.az

Post navigation

Previous: “Hər elana inanmayın!” –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
putin uitkof iclas
  • Dünya

Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb

User 21 Oktyabr 2026 - 17:27
london01
  • Dünya

Britaniyanın dövlət borcu rekord həddə çatdı – BVF-dən kredit istəyə bilər

User 21 Oktyabr 2026 - 17:00

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə...
Read more about Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb putin uitkof iclas
  • Dünya

Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb

User 21 Oktyabr 2026 - 17:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.