“Zelenski o sənədi ləğv etməsə, danışıqlara başlamaq mümkün olmayacaq”- Rusiya prezidenti

“Rusiya həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib.

“Ukrayna tərəfi özü üçün çox ciddi təhlükəsizlik çərçivəsi hazırlayıb və biz bununla praktiki olaraq razılaşdıq. Lakin qoşunlarımız Ukraynanın paytaxtı Kiyevdən geri çəkilən kimi Ukrayna tərəfi bütün bu razılaşmaları dərhal sobaya atdı”, – Rusiya prezidenti bildirib.

Putin Ukrayna rəhbərliyinin danışıqlar aparmaq istəməməsindən təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, Kiyev danışıqlara hazır olduğunu bildirməli və bunu qadağan edən sənədi ləğv etməlidir: “Çinin münaqişənin həlli planı Moskva ilə Kiyev arasında sülh sazişlərinin əsasını təşkil edə bilər. Lakin Ukrayna prezidenti Vladimir Zelenskinin Moskva ilə sülh danışıqlarını qadağan edən dekreti qüvvədə olduğu müddətdə Rusiya tərəfi bunu müzakirə etməyə belə, başlaya bilməz”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda məktəbəqədər təhsil xərcləri 50 mln. manata yaxın artırılır

Sonrakı məqalə

Bakıda 38 yaşlı qadın qətlə yetirilib