Zelenski Ukraynada hərbi vəziyyət müddətini uzadıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümummilli səfərbərliyin daha 90 gün müddətinə uzadılması barədə qanunu imzalayıb.

Bu haqda Ali Radanın (Ukrayna parlamenti) saytında dərc olunmuş sənəddə qeyd olunur.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumilli səfərbərlik 24 fevral 2022-ci il tarixində tətbiq olunub.

Həmin vaxtdan bəri onların müddəti mütəmadi olaraq uzadılır. Hərbi vəziyyətlə əlaqədar ölkələdə parlament, prezident və yerli seçkilər keçirilmir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.