Zelenski vertolyot qəzasında ölən DİN rəhbəri ilə vida mərasiminə qatılıb- FOTOLAR

Kiyevdəki “Ukrayna Evi”ndə yanvarın 18-də Brovarıda helikopter qəzası nəticəsində həlak olan daxili işlər naziri ilə vida mərasimi keçirilir.

Azpost.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski və birinci xanım Yelena Zelenska həlak olanların xatirəsini yad etməyə gəlib.

Zelenski və xanımı mavi və sarı bayraqlarla örtülmüş tabutların önünə gül dəstələri qoyublar.

Xatırladaq ki,yanvarın 18-də Kiyev vilayətinin Brovarı bölgəsində helikopterin qəzaya uğraması nəticəsində Ukrayna Daxili İşlər Nazirliyinin ali rəhbərliyi, o cümlədən nazir Denis Monastırski həlak olub. Qəza nəticəsində ümumilikdə 1-i uşaq olmaqla 14 nəfər ölüb, 11-i uşaq olmaqla 25 nəfər yaralanıb.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna satqın elan olunan sənət adamlarını dövlət mükafatlarından məhrum edəcək

Sonrakı məqalə

“Putinin imperializmi qalib gəlməyəcək, imkan verməyəcəyik!”