Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə Andrey Yermak “X” hesabında bildirib.
Görüş oktyabrın 28-də Maltada baş tutub.
Görüşdə ikitərəfli əlaqələr və enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib. Bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 5-də Qranadada keçirilən Avropa Siyasi Cəmiyyətinin Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ilk görüşünün əhəmiyyəti qeyd edilib.