“Zelenskinin Britaniyaya səfəri ölkələrimiz arasında sarsılmaz dostluğun sübutudur”- Rişi SUNAK

“Prezident Zelenskinin Böyük Britaniyaya səfəri Ukraynanın cəsarəti, qətiyyəti və mübarizəsinin, eyni zamanda ölkələrimiz arasında sarsılmaz dostluğun sübutudur”.

Azpost.info xəbər verir ki, bunu Britaniya Baş naziri Rişi Sunak deyib.

Bu, Rusiyanın hərbi əməliyyatının başlamasından bəri Zelenskinin ikinci xarici səfəridir. Ukrayna lideri daha əvvəl ABŞ-a səfər etmişdi.

Bukingem Sarayı Zelenskinin bu gün Britaniya kralı Çarlzla da görüşəcəyini bildirib.

Zelenskinin səfəri çərçivəsində Rişi Sunakın Ukrayna qoşunları üçün genişləndirilmiş təlim proqramı, eləcə də Kiyevə uzaqmənzilli silahların tədarükü ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Zelenski Londondadır

Sonrakı məqalə

Prezident İlham Əliyev Türkiyə səfirliyinə gəldi, başsağlığı verdi