Zelenskinin nümayəndəsi “Bayraktar”ın yaradıcısı ilə görüşdü-FOTO

Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak “Bayraktar”ın yaradıcısı Haluk Bayraktarla görüşüb. 

Azpost.info bildirir ki, Podolyak bu barədə Tvitterdə yazıb və foto paylaşıb.

O, “Bayraktar”ı  “super silah” adlandırıb: “Rusiya zirehli texnikası bizim ecazkar tarlalarımızda qüsursuz şəkildə yanır. Onlar da yanmağa davam edəcək. Çünki “Bayraktar” istənilən problemi ideal şəkildə həll edir – görünməz, qorxulu, dağıdıcı. Mən super silahın müəllifinə və atasına həmişə minnətdar olacağam”, – deyə müşavir Podolyak yazıb.

Əvvəlki məqalə

Rusiya qoşunlarını Kiyev və Çerniqov vilayətlərindən çıxarır –

Sonrakı məqalə

“Rusiya Ukraynanı və bizi kapitulyasiyaya məcbur etməyə çalışır” –