Zelenskinin nümayəndəsi “Bayraktar”ın yaradıcısı ilə görüşdü

podolyak bayraktar01

Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak “Bayraktar”ın yaradıcısı Haluk Bayraktarla görüşüb. 

Azpost.info bildirir ki, Podolyak bu barədə Tvitterdə yazıb və foto paylaşıb.

O, “Bayraktar”ı  “super silah” adlandırıb: “Rusiya zirehli texnikası bizim ecazkar tarlalarımızda qüsursuz şəkildə yanır. Onlar da yanmağa davam edəcək. Çünki “Bayraktar” istənilən problemi ideal şəkildə həll edir – görünməz, qorxulu, dağıdıcı. Mən super silahın müəllifinə və atasına həmişə minnətdar olacağam”, – deyə müşavir Podolyak yazıb.