Zimbabve əhalisinin yarıdan çoxu aclıqla üzləşib
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Ərzaq Proqramının Zimbabvedəki nümayəndəliyinin rəhbərinin müavini Nils Baltser bildirib.
Zimbabvedə aclıq problemi quraqlıqla bağlıdır və bu məsələnin həlli istiqamətində müvafiq iş aparılır. Ümumdünya Ərzaq Proqramı iqtisadi problemlər və quraqlıq fonunda kəskin ərzaq çatışmazlığı ilə üzləşən 4,1 milyon Zimbabve sakininə yardım edir. Baltser qeyd edib ki, Zimbabvenin kənd rayonlarında 5,5 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir. Quraqlıq kənd təsərrüfatında məhsuldarlığı aşağı salır, mal-qara ölümü artır. Eyni zamanda Zimbabve şəhərlərində yaşayan 2,2 milyon insan da ərzaq və su çatışmazlığından əziyyət çəkir.
Bununla bərabər, iqtisadi böhranla əlaqədar yaşanan hiperinflyasiya ilə bağlı ölkədə ərzağın qiyməti kəskin bahalaşıb.