“Zirə” “Səbail”i böyük hesabla məğlub edib

futbol zire

Fevralın 2-də futbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin daha bir oyunu keçirilib.

Günün ilk matçında “Zirə” klubu “Səbail” komandasını qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk qolu birinci hissənin əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Məhəmməd Hamdaui vurub. Görüşün 59-cu dəqiqəsində Loris Bronyo fərqi iki topa çatdırıb. Qarşılaşmanın 72-ci dəqiqəsində “Zirə”nin yeni transferi Hamidu Keyta qonaqları 3-cü dəfə məyus edib. Son nöqtəni isə 86-cı dəqiqədə Bronyo qoyub. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv bu nəticə ilə cütün taleyini böyük ölçüdə həll edib.

Komandalar arasında cavab qarşılaşması fevralın 13-də oynanılacaq.

Dörddəbir finalın ilk oyunlarına hazırda davam edən “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, bu raundun ötən gün keçirilmiş matçlarında “Qarabağ” evdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib, “Neftçi” isə “Sabah”la heç-heçə edib – 1:1.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir