Robert Eyyubov Velosiped İdmanı Federasiyasının vitse-prezidenti seçilib

robert

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) daha bir vitse-prezidentinin adına aydınlıq gəlib.

Bu, Robert Eyyubovdur.

R.Eyyubov ötən ilin dekabrın 8-də, İcraiyyə Komitəsinin növbədənkənar iclasında federasiyanın vitse-prezidenti seçilib.

Məlumatı AzVİF-in mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, AzVİF-in 3 vitse-prezidenti var. Birinci vitse-prezident iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, ikinci isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyevdir. (fanat.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir