Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun şeirlər yazdığı iddia olunur. Sözügedən məsələ ilə bağlı Ziya Məmmədov Unikal.org-a açıqlama verib: "Mənim şeirlər yazmağımla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən ümumiyyətlə bu zamana qədər heç vaxt şeir yazmamışam. Həmçinin Ziya Hafiz təxəllüsü götürdüyüm də yalandır".