Züqanovun nəvəsi Moskva meri olmaq istəyir- Seçkidə iştirak edəcək

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun nəvəsi Leonid Züqanov Moskva meri seçkilərində iştirak edəcək.

Azpost.info xəbər verir ki, Moskva Şəhər Dumasının elm və sənaye komissiyasının sədri Leonid Züqanov seçkilərdə iştirak üçün sənədlərini təqdim edib. Tezliklə onun komandası öz tərəfdarlarından imza toplamağa başlayacaq.

34 yaşlı Leonid Züqanovun mer postu uğrunda mübarizə apara biləcəyi hələ yazda bildirilmişdi. Müşahidəçilər onun namizədliyini kifayət qədər gözlənilməz hesab edirlər.

Moskva meri seçilmək üçün namizədlərin qısa siyahısında başqa şəxslər də var – Yuri Afonin, Vadim Kumin və Denis Parfyonov.

Azpost.info

Əvvəlki məqalə

“Qərb vətəndaş müharibəsi gözləyirdi, amma görməyəcəklər…”

Sonrakı məqalə

Azərbaycanda yeni parklanma qiymətləri sürücülərə və hökumətə nə verəcək?