Rusiya Kommunist Partiyasının lideri Gennadi Zuqanov nəvəsinin – Moskva Şəhər Dumasının deputatı Leonid Zyuqanovun Moskvada saxlanılması ilə bağlı məlumatı növbəti təxribat adlandırıb
Azpost.info xəbər verir ki, onun fikrincə, bundan əvvəl də yaxınlarına qarşı belə təxribat xarakterli addımlar atılıb.
Leonid Zuqanovun saxlanılması barədə “Baza” Telegram kanalı məlumat yayıb. Kanalın yazdığına görə, buna səbəb onun “Rosneft” yanacaqdoldurma məntəqəsində benzinin pulunu ödəməməsi olub. Yanacaqdoldurma məntəqəsinin işçiləri oğurluq faktı ilə bağlı polisə müraciət ediblər.
Azpost.info