Gennadi Zuqanovun nəvəsi Moskvada saxlanılıb

Rusiya Kommunist Partiyasının lideri Gennadi Zuqanovun nəvəsi Leonid Zyuqanov Moskvada saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Moskva Şəhər Dumasının deputatı olan Leonid Zuqanovun benzinin pulunu ödəmədən yanacaqdoldurma məntəqəsini tərk etdiyi idda olunur.

“Sentyabrın 24-də Zuqanov avtomobilinə “Rosneft” yanacaqdoldurma məntəqəsində yanacaq doldurub. O, kartını terminala qoyub, ödənişi gözləməyib və sürətlə yola düşüb. Yanacaqdoldurma məntəqəsinin işçiləri onun avtomobilini yadda saxlayıb və oğurluq faktı ilə bağlı polisə müraciət ediblər”, – məlumatda bildirilir.

Zuqanov oktyabrın 8-də Kutuzovski prospektində saxlanılıb. Özünün dediyinə görə, kartı terminala daxil edib, səs siqnalını gözləyib və sakitcə çıxıb gedib. Həmin an heç kim ona mane olmağa çalışmayıb.

Hazırda müstəntiqlər məsələni araşdırırlar.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada milyarder Vahid Ələkbərov məhkəməyə verilib

Sonrakı məqalə

“44 günlük müharibədə Ermənistan tərəfdən vuruşan muzdlular arasında İran vətəndaşları da olub”