Əmək miqrantlarının təxminən 50 faizi rublun dollara və avroya nisbətdə ucuzlaşması və nəticədə gəlirlərin azalması fonunda Rusiyanı tərk etmək fikrindədir.
Azpost.info xəbər verir ki, bu barədə Moskvadakı özbək diasporunun rəhbəri, hüquqşünas Bəxrom İsmayılov bildirib.
Onun sözlərinə görə, miqrantların 25 faizi Rusiyanı tərk etmək fikrində deyil, daha 25 faizi seçim etməkdə çətinlik çəkir.
İsmayılovun sözlərinə görə, bütün əcnəbi işçilərin təxminən üçdə biri yaxın gələcəkdə Rusiyanı tərk edə bilər.
İsmayılovun Özbəkistandan olan miqrantlar arasında keçirdiyi sorğuda 22,8 min nəfər iştirak edib. Onun proqnozlarına görə, pərakəndə satış, iaşə, təmizlik, ictimai iaşə, kuryer xidmətləri və kənd təsərrüfatı kimi ən az maaş alan sektorlarda işçilərin xaricə axını ehtimal olunur.
2021-ci ildə Rusiyada əmək miqrantının orta əmək haqqı 47,1 min rubl olub. Ən çox qazanan inşaatçılar və təmirçilər (təxminən 54 min rubl), ən az gəliri olanıar isə kənd təsərrüfatı müəssisələrinin işçiləri (təxminən 37 min rubl) olub.
Azpost.info
