“Əfqanıstan göstərdi ki, kənardan demokratiya tətbiq etmək olmaz” –

MAKRON
30 Avqust 2021 - 08:30
France's President Emmanuel Macron delivers a speech with Prime Minister of Finland Antti Rinne, prior to a meeting at the Elysee Palace, in Paris, Wednesday, Sept. 18, 2019. (AP Photo/Thibault Camus)

“Əfqanıstanda baş verən hadisələr demokratiyanı ixrac etməyin mümkünsüzlüyünü nümayiş etdirdi”.

TASS xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron səsləndirib.

“Bir şey tamamilə aydındır: demokratiyanı tətbiq edə bilməzsiniz, kənardan hökumət tətbiq edə bilməzsiniz. Bunu İraq, Liviya və Əfqanıstandakı hadisələr sübut edir. Anlamaq lazımdır ki, silah gücü ilə bir neçə il ərzində demokratiya qurmaq mümkün deyil”, – deyə Makron “TF1” telekanalına müsahibəsində ABŞ-ın Əfqanıstandakı əməliyyatlarının nəticələri ilə bağlı sualı cavablandırarkən bildirib.

Makron qeyd edib ki, “demokratiya xalqın iradəsinin təzahürüdür, onun tarixinin nəticəsidir, insanların öz liderlərini öz aralarından irəli sürmək qabiliyyətidir. Bu, uzun bir prosesin nəticəsidir”.