Dünyada koronavirusdan ölənlərin sayı 4,5 milyonu keçib

Dünyada koronavirusdan ölənlərin sayı 4,5 milyonu keçib.

Belə bir məlumatı federal və yerli hakimiyyət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti dərc edib.

Bakı vaxtı ilə saat 04:05-ə olan məlumata görə, dünyada COVID-19-dan ölənlərin sayı 4 500 135-ə çatıb. Təsdiqlənmiş koronavirus infeksiyasına yoluxanların sayı 216,3 milyonu ötüb.

Koronavirus xəstələri arasında ən çox ölüm halı ABŞ-da qeydə alınıb – 637 mindən çox.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ Kabil aeroportunun təhlükəsizliyinə cavabdehlik daşımayacaq” –

Sonrakı məqalə

“Əfqanıstan göstərdi ki, kənardan demokratiya tətbiq etmək olmaz” –