Əfqanıstan ordusu Tacikistana qaçır

05 İyul 2021 - 08:33
Əfqanıstan silahlı qüvvələrinin 100-dən çox hərbçisi Tacikistana keçib.
Azpost.info bildirir ki, taliban Bədəxşan əyalətindəki Hoxon qəzasını ələ keçirdikdən sonra hökumət qoşunları sərhədi keçməyə məcbur olublar.
Bu barədə Tacikstanın sərhəd xidməti məlumat yayıb. Ötən şənbə də taliblərin sərhəd postunu tutmasından sonra 300-dən çox əfqan sərhədçisi Tacikstanla sərhədi keçib.
Bazar günü Taliban” birləşməsi döyüş olmadan Hoxon qəzasını ələ kçeirib. Əfqanıstan Silahlı Qüvvələrinin 100 hərbçisi şəxsi heyəti mühafizə etmək məqsədi ilə geri çəkilərək Tacikistanın dövlət sərhədinin “Şohon” məntəqəsini keçiblər”-deyə məlumatda deyilir.
Tacik sərhədçiləri xoş məram nümayiş etdirərək geri çəkilən hərbçilərin ərazilərinə keçməsinə icazə veriblər.