Əfqanıstan Prezidenti Əşrəf Qani xalqa müraciət etdi

14 Avqust 2021 - 14:39

“Hazırkı vəziyyətdə təhlükəsizlik və müdafiə qüvvələrinin remobilizasiyası bizim əsas prioritetimizdir”.

“TOLO News”un verdiyi xəbərə görə, bunu Əfqanıstan Prezidenti Əşrəf Qani müraciətində deyib.

Xalqın gələcəklə bağlı dərin narahatlığını başa düşdüyünü deyən Əfqanıstan Prezidenti: “Sizin Prezidentiniz kimi mən sizləri əmin edirəm ki, mənim əsas diqqətim və hədəfim qeyri-sabitliyin, zorakılığın daha da artmasının və insanların evlərini tərk etməsinin qarşısını almaqdır. Bunun üçün hökumət daxilində və xaricdə, siyasi liderlərlə və beynəlxalq tərəfdaşlarla geniş məsləhətləşmələrə başlamışam və tezliklə nəticələrini xalqla paylaşacağam.

Tarixi bir missiya olaraq, Əfqanıstan xalqına qarşı bu məcburi müharibənin insanlarımızı daha çox öldürməsinə, 20 il ərzində qazanılan uğurların itirilməsinə, ictimai mülkiyyətin dağıdılmasına və davamlı qeyri-stabilliyə icazə verməyəcəyəm”, – deyə Əfqanıstan Prezidenti vurğulayıb.(APA)