Əfqanıstan Prezidenti Administrasiyasının əməkdaşları koronavirusa yoluxub

11 Aprel 2020 - 16:01

Ötən gün Əfqanıstan Prezidenti Administrasiyasının 20 əməkdaşında koronavirus testləri müsbət nəticə göstərib.

“Report” “ToloNews”a istinadən xəbər verir ki, İctimai Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən test olunmuş 517 nəfərdə isə virus aşkarlanmayıb.

Kabil Yoluxucu Xəstəliklər Hospitalının baş həkimi Əsədullah İsmət test dəstlərinin qıtlığından gileylənib: “Daha çox insanı test etməklə virusun inkubasiya dövründə olduğu xəstələri bir o qədər tez tapa bilərik”.

Son məlumata görə, Əfqanıstanda COVID-19 virusuna yoluxanlar 555 nəfər, ölənlər isə 18 nəfərdir.