Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna Rusiyanın daha 2 iri zavoduna hücum etdi – metallurgiya kombinatında yanğın

User 28 Oktyabr 2026 - 10:22 (Last updated: 28 Oktyabr 2026 - 10:19)
rus zavod zerbe

Oktyabrın 28-nə keçən gecə Rusiyanın Lipetsk vilayətində raket təhlükəsi elan edilib.

“Düşmən Lipetskin sənaye infrastrukturuna hücum etməyə çalışır. Kütləvi hücumun dəf edilməsi istiqamətində işlər aparılır”, – deyə “Radar Lipetsk” teleqram kanalı məlumat yayıb.

Daha sonra kanalda Novolipetsk Metallurgiya Kombinatında (NLMK) yanğın baş verdiyi barədə məlumat dərc olunub. Ukraynanın “Exilenova+” monitorinq kanalı müəssisənin ərazisində yanğın olduğunu təsdiqləyib. Kanal qeyd edib ki, “Pantsir” hava hücumundan müdafiə sistemi hava hədəfini gözdən qaçırmış ola bilər.

Lipetsk vilayətinin rəhbəri İqor Artamonov hücum və onun nəticələri ilə bağlı şərh verməyib.

NLMK Rusiyanın ən böyük polad istehsalçısıdır və dünyanın 20 ən iri polad müəssisəsi sırasına daxildir. Zavod ildə 17 milyon ton maye polad istehsal etmək gücünə malikdir. Müəssisə bu ilin iyul ayında da hücuma məruz qalmışdı.

Oktyabrın 28-də səhər tezdən Tula vilayətinin qubernatoru Dmitri Milyayev də raket təhlükəsi elan edib. Daha sonra o, regionun Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qaldığını bildirib.

“PUA qalıqlarının Novomoskovsk şəhərinə düşməsi nəticəsində çoxmənzilli yaşayış binasına, fərdi yaşayış evlərinə və yaxınlıqdakı sənaye zonasının infrastrukturuna ziyan dəydiyi qeydə alınıb”, – deyə Milyayev bildirib.

Onun sözlərinə görə, xəsarət alanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir.

“Exilenova+” kanalının məlumatına görə, Novomoskovskda hücumun hədəfi “EuroChem” qrupuna daxil olan “Azot” kimya zavodu olub. Bu müəssisə Rusiyanın ən böyük azot gübrəsi istehsalçılarından biridir.

Zavod, xüsusilə, ammonyak, ammonium nitrat, karbamid və metanol istehsal edir. Bu maddələrdən döyüş sursatlarının hazırlanmasında da istifadə olunur.

Oktyabrın 24-də Ukrayna PUA-ları Samara vilayətində yerləşən iri neft-kimya müəssisəsi “Tolyattikauchuk”a hücum edib. “Tatneft” şirkətinə məxsus zavodda yanğın baş verib, hakimiyyət orqanları isə müəssisənin yaxınlığındakı küçələrdə hərəkəti məhdudlaşdırıb.

Hücum zamanı Tolyatti İstilik Elektrik Mərkəzi də zərər görüb. Nəticədə şəhər sakinləri elektrik enerjisi və su təchizatında fasilələrlə üzləşiblər.

“Tolyattikauchuk” monomerlər, karbohidrogen fraksiyaları və avtomobil benzininə əlavə olunan maddələr istehsal edir. Zavodun istehsal etdiyi sintetik kauçuklardan isə taktiki və ballistik raketlər üçün bərk raket yanacağının hazırlanmasında istifadə olunur.

Sentyabrın 12-də Ukrayna dronları Tolyattidə ammonium nitrat, ammonyak və zəif azot turşusu istehsal edən “KuybışevAzot” müəssisəsinə də zərbə endirib.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: ABŞ Yaxın Şərqə “Patriot” sistemləri göndərir
Next: 60 min dollara insanabənzər robot satışda – 100 dildə danışacaq, üz ifadələrini dəyişəcək

Oxşar xəbərlər

bolsunaro
  • Dünya

Seçkidə məğlub olan Bolsonaro Braziliyadan qaçdı – ABŞ sığınacaq verəcək?

User 28 Oktyabr 2026 - 10:36
patriot raket
  • Dünya

ABŞ Yaxın Şərqə “Patriot” sistemləri göndərir

User 28 Oktyabr 2026 - 10:16
abs iran savas
  • Dünya

ABŞ bu ölkələri İrana yeni hücumun vaxtı barədə xəbərdar edib

User 28 Oktyabr 2026 - 10:06

xƏBƏR

burcler
  • Maraqlı

28 oktyabr üçün ulduz falı – Bürcləri işdə, pulda və sevgidə nə gözləyir?

User 28 Oktyabr 2026 - 11:10
Qoç Çərşənbə günü sizə gündəlik tempinizin real məqsədlərinizə uyğun olub-olmadığını yoxlamaq imkanı verəcək. İşdə vacib bir məsələ...
Read more about 28 oktyabr üçün ulduz falı – Bürcləri işdə, pulda və sevgidə nə gözləyir?
Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü polis
  • Kriminal

Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü

User 28 Oktyabr 2026 - 11:00
Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır? baliq
  • Maraqlı

Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır?

User 28 Oktyabr 2026 - 10:50
Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb bulvar velosiped yolu
  • Sosial

Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb

User 28 Oktyabr 2026 - 10:48
Biri pul yığır, digəri xərcləyir – Ailədə pul mübahisələrinin əsl səbəbi nədir? aile mubahise
  • Sosial

Biri pul yığır, digəri xərcləyir – Ailədə pul mübahisələrinin əsl səbəbi nədir?

User 28 Oktyabr 2026 - 10:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.