Əfqanıstanda ABŞ bayrağı rəsmən endirildi –

Diplomatlar ölkədən çıxarılır
16 Avqust 2021 - 11:02

ABŞ-ın dövlət bayrağı Əfqanıstandakı səfirliyinin binasından endirilib. 

Azpost.info bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bu gün bəyan edib. ABŞ səfiri Ross Uilson başda olmaqla bütün diplomatik heyət helikopterlə Kabul hava limanına gətirilib.

Hazırda onlar evakuasiya olunurlar. Bayraq endirilib və səfirilik ərazisindən götürülüb.