“Əfqanıstanda mülki Azərbaycan vətəndaşları yoxdur” –XİN

Əfqanıstanda hazırda mülki Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərin görə, Azərbaycan Rrespublikasının Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub. “Təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib. Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki Azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir”, Azərbaycan XİN sözçüsü əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqanıstanda ABŞ bayrağı rəsmən endirildi –

Sonrakı məqalə

Azərbaycanın yeni səfiri Əfqanıstana getməyib