“Əfqanıstanda müharibə başa çatıb” –

PENTAQON
31 Avqust 2021 - 18:40

Əfqanıstanda müharibə başa çatıb.

Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi CNN-ə müsahibəsində bildirib.

O deyib ki, artıq Əfqanıstanda heç bir ABŞ hərbçisi yoxdur və orada hərbi missiya, müharibə başa çatıb.

C. Kirbi qeyd edib ki, Pentaqon Əfqanıstanda qalan ABŞ vətəndaşlarının təxliyəsinə hərbçilərin yardım edəcəyini düşünmür.